Sevdiyi qızın 13 yaşlı bacısını hamilə qoyan 23 yaşlı oğlana HÖKM OXUNDU

Sevdiyi qızın 13 yaşlı bacısını hamilə qoyan 23 yaşlı oğlana HÖKM OXUNDU

Hazırda oxunan: Sevdiyi qızın 13 yaşlı bacısını hamilə qoyan 23 yaşlı oğlana HÖKM OXUNDU

581489

Tovuzda 13 yaşlı qızla cinsi əlaqədə olan şəxs həbs olunub.

Bizim.Media xəbər verir ki, hadisə rayonun Pələkli kəndi ərazisində qeydə alınıb.

23 yaşlı Elxan Rəcəbov Aşağı Quşçu kənd sakini olan 13 yaşlı Aysellə (ad şərtidir) Pələkli kəndi yaxınlığındakı meşəlik ərazidə "Tofaş" markalı şəxsi avtomobilində təbii yolla cinsi əlaqədə olub. Nəticədə yeniyetmə qız hamilə qalıb və uşaq dünyaya gətirib. Fakt əsasında Elxan saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 152.2-ci (12 yaşına çatmış lakin 14 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma, yaxud seksual hərəkətlər etmə) maddəsi ilə cinayət işi açılıb.

Təqsirləndirilən şəxs bildirib ki, əvvəlcə Ayselin bacısı ilə sevgili olub. Sonradan Aysellə də aralarında sevgi münasibətləri yaranıb:

"Aysel Dondar Quşçu kəndində mağazada satıcı işləyirdi. Bir gün mənə yazdı ki, maşınımla onu gəzməyə aparım. Mən də gedib onu götürdüm və Pələkli kəndinə getdik. Kəndə çatanda meşəlik ərazidə maşında onunla təbii yolla cinsi əlaqədə olduq. O, mənə 17 yaşı olduğunu demişdi. Yaşının az olduğunu bilmirdim. Qızla bir müddət əlaqə saxlasam da, sonradan ünsiyyəti kəsdim. Qarabağa işləmə getmişdim. Eşitdim ki, Aysel hamilə qalıb və qız uşağı doğulub. Uşağın harada olmasından xəbərim yoxdur, gələcəkdə Aysellə evlənmək istəyirəm".

Zərərçəkən isə ifadəsində hamilə olduğunu 3 aylıq olanda bildiyini deyib. Onun sözlərinə görə, Elxan ata tərəfdən qohumudur. O, doğduğu uşağı istəmədiyini və təqsirləndirilən şəxsdən şikayətçi olmadığını qeyd edib.

Tovuz Rayon Məhkəməsinin qərarı ilə Elxan Rəcəbov 3 il 6 ay müddətə azadlıqdan məhrum edilib. (Lent.az)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO