Narkotikin təsiri altında avtomobil idarə edən sürücü HƏBS EDİLDİ

Narkotikin təsiri altında avtomobil idarə edən sürücü HƏBS EDİLDİ

Hazırda oxunan: Narkotikin təsiri altında avtomobil idarə edən sürücü HƏBS EDİLDİ

581478

Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yol hərəkəti qaydasını pozduğu üçün “Vaz 21154” markalı nəqliyyat vasitəsinin sürücüsü Vurğun Əlizadə saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, sənədləri yoxlanılan zaman sürücülük hüququ olmadığı müəyyən edilən həmin şəxsin hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub.

Müayinə zamanı V.Əlizadənin psixotrop maddə qəbul etməsi müəyyən olunub.

Sürücü barəsində inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə V.Əlizadə 30 gün müddətinə inzibati qaydada həbs edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO