Göygöldə ağır qəza: Ölənlər və xəsarət alanlar var - FOTO

Göygöldə ağır qəza: Ölənlər və xəsarət alanlar var - FOTO

Hazırda oxunan: Göygöldə ağır qəza: Ölənlər və xəsarət alanlar var - FOTO

581450

Göygöldə baş verən ağır qəza ölümlə nəticələnib. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax avtomobil magistralının rayon ərazisindən keçən hissəsində baş verib.  

Hərəkətdə olan “Mercedes” markalı avtomobilin sürücüsünün idarəetməni itirməsi nəticəsində maşın yol kənarındakı divara çırpılıb. 

Qəza zamanı 2007-ci il təvəllüdlü Hikmət Vəlizadə və sürücü, 1990-cı il təvəllüdlü Abdi Əhliman Ramiz oğlu aldıqları ağır xəsarətlərdən hadisə yerində vəfat edib. 

Qəza baş verən əraziyə  Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin Xüsusi Xilasetmə Hissəsinin əməkdaşları cəlb olunublar. Xüsusi texnikaların köməkliyi ilə avtomobildə olan iki nəfərin meyiti xilasedicilər tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. 

İlkin məlumata görə, qəza zamanı xəsarət alanlar da var. Onların şəxsiyyəti müəyyənləşdirilir. 

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
 




Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO