Mollanın çin dilində azan oxuması qalmaqal yaratdı – Dini ələ salanların məqsədi NƏDİR?

Mollanın çin dilində azan oxuması qalmaqal yaratdı – Dini ələ salanların məqsədi NƏDİR?

Hazırda oxunan: Mollanın çin dilində azan oxuması qalmaqal yaratdı – Dini ələ salanların məqsədi NƏDİR?

581400

Xəbər verdiyimiz kimi İranda məscidlərin birində mollanın çin dilində azan oxuması böyük marağa və eyni zamanda qınağa səbəb olub. Molla, azanı çin dilində səsləndirərək, məsciddə olan hər kəsə gözlənilməz sürpriz yaşadıb və bu vəziyyət gülüş doğurub.  

Çoxları bunu dinin ələ salınması kimi qarşılasa da, bəziləri qlobal mənəviyyatın sərhədlərinin aşılması kimi dəyərləndirib. Hətta bildirilir ki, molla daha başqa dillərdə də azan oxumağı sınayacaq.
 

MÖVZU İLƏ BAĞLI:

İranda molla Çin dilində azan oxudu – VİDEO


Məsələylə bağlı ilahiyyatçı Fazil Əhməd Bizim.Media-ya bildirdi ki, əsl din xadimi dini gözdən salacaq addım atmamalıdır:

Çinin özündə azan ərəbcə oxunur

“Əvvəlcə dezinformasiya olduğunu zənn etsəm də, sonra videonu görüb təəssüfləndim. Çünki dəfələrlə baxış toplamaq üçün insanların libas dəyişdirib belə videoçarxlar çəkdiyini sosial şəbəkələrdən görmüşük. Heç bir müsəlman ölkəsində rəsmi din xadimi belə hərəkət eləməz. Amma məscid imamının belə hərəkət etməsi doğru deyil. Bir din xadimi bilməlidir ki, azan başqa dildə oxuna bilməz. Çinin özündəki məscidlərdə də azan ərəbcə oxunur”.

İlahiyyatçının sözlərinə görə, vaxtilə Türkiyədə azanın türkcə oxunmasına qərar verilmişdi.

“Bu, istənilən halda bidət sayılır, yəni dində olmayan bir şeyin sonradan daxil edilməsidir. Hədislərdə də bildirilir ki, dinə bidət gətirən, lazımsız yenilik edən şəxsləri cəhənnəm əzabı gözləyir. Məsələn, namazı Azərbaycanca qılmaq da, namazı ancaq Ramazan ayında qılmaq da bidətdir və dində qəbul olunmur, şəriətdə haramdır”.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO