Şəhid müəllimin qızı məktəb direktoru təyin olundu

Şəhid müəllimin qızı məktəb direktoru təyin olundu

Hazırda oxunan: Şəhid müəllimin qızı məktəb direktoru təyin olundu

0:00
0:00
58138

Təhsil naziri Emin Əmrullayevin əmri ilə B.Mehdiyev adına Qubadlı 2 nömrəli tam orta məktəbin tarix müəllimi Rəhminə Mehdiyeva bu məktəbə direktor təyin edilib.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Təhsil Nazirliyi yayıb.

Mənbə qeyd edir ki, R. Mehdiyeva direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin test mərhələsində 45 bal toplayaraq, müsahibə mərhələsindən uğurla keçib.

Rəhminə Mehdiyevanın babası Mehdi Mehdiyev 1989-cu ildə ermənilərin əlində faciəvi şəkildə həlak olub. Atası - Qubadlı rayon 2 saylı orta məktəbdə tarix fənnini tədris edən Bəhmən Mehdiyev 1992-ci il oktyabrın 26-da Ballıqaya ərazisində I Qarabağ müharibəsində həlak olub.

Sonradan məktəbə onun adı verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO