Paytaxt Bakıda Yeni il hazırlıqlarının başlanılacağı tarix məlum olub.
Bizim.Media-nın əldə etdiyi məlumata görə, bayram hazırlıqlarına 15 dekabrdan başlanılacaq.
Rayonların mərkəzi parklarında da həmin tarixdən etibarən şam ağaclarının qurulmasına start veriləcək.
Qeyd edək ki, 2013-cü ildən bəri hər il təşkil olunan “Soyuq əllər, isti ürəklər” yarmarkasının açılışının isə bu il də 16 dekabrda olacağı gözlənilir.
Naibə Məmmədova, Bizim.Media




























































































