Ağdam rayonuna yola salınan növbəti köç karvanı Xıdırlı kəndinə çatıb, sakinlərə açarlar təqdim edilib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, 15 ailəyə (73 nəfər) açarların təqdimetmə mərasimində Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.
Bununla da Xıdırlı kəndində 555 ailə - 2195 nəfər qayıdıb.


Bizim.Media




























































































