Süni intellekt musiqini ələ keçirir - Müğənnilərin çörəyi "əldən çıxır"?

Süni intellekt musiqini ələ keçirir - Müğənnilərin çörəyi "əldən çıxır"?

Hazırda oxunan: Süni intellekt musiqini ələ keçirir - Müğənnilərin çörəyi "əldən çıxır"?

581338

Son illərdə süni intellekt texnologiyalarının sürətlə inkişafı bir çox sahədə olduğu kimi, musiqi sənayesinə də təsirsiz ötüşməyib.

Mövcud mahnıların süni intellektlə yaradılan versiyalarının social şəbəkələrdə sevildiyinin və qısa zamanda minlərlə, hətta milyonlarla baxış əldə ediyinin şahidi oluruq.

Bu isə bir sualı ortaya çıxarır. Müğənnilərə gələcəkdə ehtiyac qalmayacaq?

Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı informasiya təhlükəsizliyi eksperti Əmrah Mövsümzadə milli.az-a açıqlamasında bildirib ki, süni intellektlə hazırlanan musiqi remixlərinin sayının artması artıq musiqi bazarında yeni bir dövrün başladığını göstərir.

Onun sözlərinə görə, bəzən süni intellektin yaratdığı versiyaların orijinal mahnılardan daha çox izlənmə toplaması müğənnilərin sıradan çıxması mənasına gəlmir:

"Sadəcə musiqi sənayesinin oyun qaydaları dəyişir".

Ekspert, prosesin yaradıcılıq və təhlükəsizlik olmaqla iki əsas mərhələdən ibarət olduğunu vurğulayıb.
 

Ə.Mövsümzadə nəzərə çatdırıb ki, süni intellekt artıq bir müğənninin səsini tam şəkildə təqlid edə bilir ki, bu da təkcə yaradıcılıq aktı deyil, həm də "səs kimliyinin oğurlanması" kimi dəyərləndirilir:


"Müğənninin xəbəri olmadan onun səsi ilə mahnı hazırlanması gələcəkdə reputasiyanın zədələnməsi, saxta əməkdaşlıqlar və digər ciddi fəsadlara səbəb ola bilər. Yəni məsələ təkcə musiqi yaradıcılığı ilə məhdudlaşmır, həm də birbaşa təhlükəsizlik problemidir".

Bildirib ki, bütün bu risklərə baxmayaraq, musiqi sənəti tamamilə yox olmayacaq:

"Süni intellekt yeni üslublar yarada, trend mahnılar hazırlaya bilər, amma insan emosiyasını, səhnə enerjisini və sənətkarla dinləyici arasındakı bağları əvəz edə bilməz. Tarix boyu hər yeni texnologiya çıxdıqda oxşar narahatlıqlar olurdu, lakin musiqi heç vaxt yox olmayıb. Sadəcə dəyişib".

Mütəxəssis hesab edir ki, gələcəkdə bu sahə daha ciddi hüquqi çərçivələrlə tənzimlənəcək.
 

Səs hüquqları, lisenziyalar və süni intellektdən istifadə qaydaları dəqiqləşdikcə, müğənnilər hətta öz səslərinin rəsmi şəkildə süni intellektə lisenziyalaşdırılması ilə də gəlir əldə edə biləcəklər:


"Bir sözlə, müğənnilərə ehtiyac qalacaq. Sadəcə adaptasiya etməyənlər geridə qala bilər.

Süni intellekt musiqini öldürmür. Onu yenidən formalaşdırır və insan yaradıcılığı ilə yanaşı yeni bir inkişaf sahəsi yaradır".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO