DİN-dən bank kartları ilə bağlı növbəti MÜRACİƏT

DİN-dən bank kartları ilə bağlı növbəti MÜRACİƏT

Hazırda oxunan: DİN-dən bank kartları ilə bağlı növbəti MÜRACİƏT

581337

"Bank kartlarına müdaxilə hallarının artdığı bir dövrdə hər bir vətəndaş daha ehtiyatlı olmalıdır".

Bizim.Media xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətindən bildirilib.

DİN bununla bağlı növbəti dəfə çağırış edib, vətəndaşları sadə təhlükəsizlik qaydalarına əməl etməyə çağırıb.

Məlumatda aşağıdakılar vurğulanır:

— Hər zəngi açmayın.
Naməlum nömrələrdən edilən zənglər çox vaxt dələduzluq məqsədi daşıyır.

— Hər SMS-ə cavab verməyin. “Bonus qazandınız”, “Hesabınız bloklanıb”, “Təcili ödəniş edin” kimi mesajlar tələ ola bilər.

— Hər linkə daxil olmayın. Saxta saytlar kart məlumatlarınızı ələ keçirmək üçün hazırlanır.

— Şəxsi məlumatları paylaşmayın. PIN, CVV, 16 rəqəmli kart nömrəsi və SMS kodlar yalnız sizə məxsusdur.

"Sizə zəng edən heç bir bank əməkdaşı şəxsi kart məlumatlarınızı istəmir. Şübhəli hal gördükdə dərhal bankınıza və polisə məlumat verin", - məlumatda deyilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO