Bakıda idman zalından oğurluq edən şəxs SAXLANILDI

Bakıda idman zalından oğurluq edən şəxs SAXLANILDI

Hazırda oxunan: Bakıda idman zalından oğurluq edən şəxs SAXLANILDI

581331

Ötən gün paytaxtın Xətai rayonunda yerləşən idman zallarının birində talama cinayəti baş verib.

Naməlum şəxs səhər saatlarında obyektə daxil olaraq içərisindən 8500 manat dəyərində geyim və idman əşyaları, kompüter oğurlayıb. Bu barədə zərərçəkən polisə məlumat verib.

Bizim.Media xəbər verir ki, bu barədə DİN məlumat yayıb.
 

Bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri ilə qeyd olunan əməli törətməkdə şübhəli bilinən, əvvəllər də analoji cinayətlərə görə dəfələrlə məhkum edilmiş 41 yaşlı V.Məmmədov müəyyən olunaraq saxlanılıb.


Xəzər rayonunda isə Binə qəsəbə sakininin həyətyanı sahəsindən 1000 manat dəyərində təmir-tikinti alətləri oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunan 41 yaşlı Z.Əliyev də saxlanılıb.

Araşdırmalar aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO