DYP: Yorğun və yuxusuz sürücü yoldakı ən böyük təhlükədir

DYP: Yorğun və yuxusuz sürücü yoldakı ən böyük təhlükədir

Hazırda oxunan: DYP: Yorğun və yuxusuz sürücü yoldakı ən böyük təhlükədir

581312

Gün ərzində fasiləsiz yük və sərnişin daşıyan nəqliyyat vasitələrinin sürücülərinin yollarda hərəkəti təhlükəlidir.
 

Uzun müddət sükan arxasında olmaq yorğunluq yaradır, diqqəti zəiflədir və reaksiya vermək vaxtını azaldır. Bu isə qəza ehtimalını kəskin şəkildə artırır.


Belə halda nəqliyyat vasitəsinin idarəedilməsi həm sürücünün, həm daşıdığı sərnişinlərin, həm də digər yol hərəkəti iştirakçılarının həyat və sağlamlığı üçün birbaşa təhlükəyə çevrilir.

Bu barədə Bizim.Media-ya Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) mətbuat xidmətindən məlumat verilib.

BDYPİ sürücülərin diqqətinə çatdırır ki, yorğun və yuxusuz halda sükan arxasına əyləşmək, sürət həddini aşmaq, zolaq dəyişərkən ehtiyatsız davranmaq və sükan arxasında diqqəti yayındıran hərəkətlərə yol vermək ağır nəticələrə gətirib çıxarır.

”Unutmaq olmaz ki, sükan arxasında verilən hər səhv qərarın arxasında insan həyatı dayanır.
 

Hər bir sürücü istirahətini vaxtında etməli, diqqətini yalnız yola yönəltməli və nəqliyyat axınında təhlükə yarada biləcək davranışlardan çəkinməlidir.


BDYPİ bütün sürücüləri yollarda məsuliyyətli olmağa və qaydalara əməl etməyə çağırır”, - deyə məlumatda vurğulanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO