Kürdəmirdə avtomobil qoyun sürüsünə çırpıldı – FOTO

Kürdəmirdə avtomobil qoyun sürüsünə çırpıldı – FOTO

Hazırda oxunan: Kürdəmirdə avtomobil qoyun sürüsünə çırpıldı – FOTO

581292

Kürdəmirdə minik avtomobili qoyun sürüsünə çırpılıb, on baş xırda buynuzlu heyvan tələf olub.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-İmişli yolunun rayonun Qarasaqqalı kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki,”Mercedes” markalı maşının sürücüsü, rayonun Cəyli kənd sakini Cəfərov Ariz Kürdəmir istiqamətində hərəkətdə olarkən qarşısına çıxan qoyun sürüsünə çırpılıb.

Nəticədə avtomobil yoldan çıxaraq yol kənarına düşüb. Qəza zamanı Qarasaqqallı kənəd sakini Vidadi Qarayevə məxsus 10 baş xırdabuynuzlu heyvan tələf olub.
 

Mal sahibinin sözlərinə görə, qəza zamanı ona ümumilikdə beş min manata yaxın maddi ziyan dəyib.


Hadisə yerinə hüquq-mühafizə orqanı əməkdaşları cəlb olunub və hadisənin baş vermə səbəbləri araşdırılır.







Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO