Ələt-Astara magistral yolunda yük avtomobili yandı - VİDEO

Ələt-Astara magistral yolunda yük avtomobili yandı - VİDEO

Hazırda oxunan: Ələt-Astara magistral yolunda yük avtomobili yandı - VİDEO

581290

Ələt-Astara magistral avtomobil yolunda yük avtomobili yanıb.

Bizim.Media xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə Salyan rayonu, Ələt-Astara magistral avtomobil yolunun 56-cı kilometrliyində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.
 

Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində MAN markalı yük avtomobilinin qoşqusunda baş vermiş yanğın digər hissələrinə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.


Yanğın nəticəsində qoşqunun iki təkəri yanıb.

Yük avtomobili və qoşqunun qalan hissəsi yanğından mühafizə olunub.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO