“Mançester Siti” almaniyalı gənc futbolçuya GÖZ DİKDİ

“Mançester Siti” almaniyalı gənc futbolçuya GÖZ DİKDİ

Hazırda oxunan: “Mançester Siti” almaniyalı gənc futbolçuya GÖZ DİKDİ

581250

“Mançester Siti” Səid El-Malanın oyununu yaxından izləyir.

Bizim.Media xəbər verir ki, “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola “Köln”ün sol cinah oyunçusu Səid El-Malaya maraq göstərir.

Məlumata görə, “şəhərlilər”in skautları son oyunlarda 19 yaşlı futbolçunu canlı izləyiblər.
 

Bundan başqa, “Köln”ün gənc vinger üçün 40 milyon avro tələb etdiyi bildirilir. Məlumata görə, futbolçu “Borussiya” (Dortmund ) və “Bavariya” klublarının da diqqət mərkəzindədir. Bununla yanaşı, daha öncə İspaniya mətbuatında “Barselona”nın mövsümün sonunda futbolçunu transfer etməyi düşündüyü məlumatları yayılmışdı.


Qeyd edək ki, bundesliqanın cari mövsümündə Səid El-Mala 10 matçda forma geyinib, 4 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO