Biləsuvarda narkotikin təsiri altında avtomobil idarə edən şəxs HƏBS OLUNDU

Biləsuvarda narkotikin təsiri altında avtomobil idarə edən şəxs HƏBS OLUNDU

Hazırda oxunan: Biləsuvarda narkotikin təsiri altında avtomobil idarə edən şəxs HƏBS OLUNDU

581246

Biləsuvar rayonunda narkotikin təsiri altında avtomobil idarə edən şəxs həbs olunub.

Bizim.Media report-a istinadən xəbər verir ki, İdarə etdiyi "Mercedes" markalı nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarını pozduğu üçün sürücü Elnur Hüseynov Biləsuvar Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.
 

Avtomobili etibarnaməsiz və sürücülük vəsiqəsi olmadan idarə edən həmin şəxsin narkotik vasitə istifadə etdiyinə şübhə yarandığı üçün müvafiq müayinədən keçirilməsi təmin edilib.


Nəticədə onun narkotik vasitənin təsiri altında olduğu müəyyən olunub və barəsində toplanmış material baxılması üçün məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə E.Hüseynov 15 gün müddətində inzibati qaydada həbs edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO