Bu gün Quba-Xaçmaz yolunun Barlı kəndi ərazisindən keçən hissəsində 31 yaşlı Elnur Mehdi oğlu Abbasov idarə etdiyi motoblok ilə hərəkətdə olarkən idarəetməni itirib və “Vaz-2107” markalı avtomobilə çırpılıb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, o, özünü xilas etmək məqsədi ilə asfalt örtüyünə tullanıb, bu zaman H.Osmanovun idatə etdiyi “Ford Transit” markalı avtomobilin altında qalaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
E.Abbasov xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Quba polis şöbəsində araşdırma başlanılıb.


Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

- A-
- A
- A+
Cəmiyyət
20:08 / 18.11.2025
Qubada ölümlə nəticələnən YOL QƏZASI oldu - ÖZƏL/FOTO
Hazırda oxunan: Qubada ölümlə nəticələnən YOL QƏZASI oldu - ÖZƏL/FOTO
Hazırda oxunan: Qubada ölümlə nəticələnən YOL QƏZASI oldu - ÖZƏL/FOTO
581220
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



























































































