Teymur Məmmədov: "Ölümünü hiss edirdi, amma, özünü o yerə qoymurdu"

Teymur Məmmədov: "Ölümünü hiss edirdi, amma, özünü o yerə qoymurdu"

Hazırda oxunan: Teymur Məmmədov: "Ölümünü hiss edirdi, amma, özünü o yerə qoymurdu"

581181

Əməkdar artist Yadigar Muradovun vəfatı sənət ictimaiyyətində dərin kədər yaradıb. Mərhumun yaxın dostu və həmkarı, Əməkdar artist Teymur Məmmədov Bizim.Media-ya açıqlamasında onunla bağlı xatirələrini bölüşüb.

Teymur Məmmədov bildirib ki, Yadigar Muradovla son dəfə qardaşı nəvəsinin toyunda bir araya gəliblər:

"Hər şey qaydasında görünürdü. Səhəri gün də teatra yığışdıq, söhbətləşdik. Amma ordan çıxanda halı pisləşmişdi. Sonra reanimasiyaya yerləşdirildi və vəziyyəti ağır olduğu üçün görüşə bilmədik".

Həmkarı qeyd edib ki, Yadigar Muradov ömrünün son günlərinədək sənətə, teatra bağlı qalıb:

"Onun hər günü kollektivə Şuşaya layiq olmaq, teatrın inkişafı ilə bağlı tövsiyələr verməklə keçirdi. Şuşa teatrının yaradıcılarından biri kimi daim məsuliyyət hiss edirdi".

Teymur Məmmədov deyib ki, mərhum həmkarı səhhətindəki narahatlığı büruzə vermirdi:

“Son vaxtlar sanki ölümünü hiss edirdi, amma özünü o yerə qoymurdu. Hər kəslə ünsiyyətdə şən və pozitiv görünürdü".

Qeyd edək ki, Əməkdar artist Yadigar Muradov uzun sürən onkoloji xəstəlikdən dünyasını dəyişib.

Aygün Hüseyn, Sadiq Məmmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO