Sosial şəbəkələr üzərindən satışa çıxarılan SİLAHLAR – Real təhlükədən öncə XƏBƏRDARLIQ

Sosial şəbəkələr üzərindən satışa çıxarılan SİLAHLAR – Real təhlükədən öncə XƏBƏRDARLIQ

Hazırda oxunan: Sosial şəbəkələr üzərindən satışa çıxarılan SİLAHLAR – Real təhlükədən öncə XƏBƏRDARLIQ

58118

Son dönəmlər sosial şəbəkələrdə metal korpuslu tapançaların satışı ilə bağlı elanlara tez-tez rast gəlmək mümkündür. Oyuncaq olduğu deyilən bu tip tapança modellərinin insan sağlamlığına ciddi zərə yetirmədiyi bildirilsə də, onların ağrıverici təsirinin olduğu da qeyd olunur.

Qiymətləri orta hesabla 80-120 manat arasında dəyişən bu tip tapancaların görünüşünə görə ilk baxışdan adi silahdan fərqlənmədiyini də söyləmək vacibdir. Bu isə, “oyuncaqların” cinayət məqsədilə istifadə olunması ehtimallarını artırır.

Bəs, bu cür alətlərin alqı-satqısı, saxlanılması və istifadəsi qanunidirmi?
 

MÖVZU İLƏ BAĞLI:

Qadınları minatəmizləməyə cəlb edəcəklər? – Səbəbini ANAMA açıqladı


Sualı Bizim.Media üçün cavablandıran Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev qeyd olunan silahların oyuncaq olduğunu diqqətə çatdırıb:

“Onlar oyuncaqdır. Bu tip silahlarla bağlı qanunvericilikdə hər hansı xüsusi müddəa öz əksini tapmayıb”.

Lakin ekspertlər bu tip “oyuncaq”ların bir sıra təhlükələr doğurduğu ilə bağlı xəbərdarlıq edirlər.

Belə ki, məsələni şərh edən keçmiş polkovnik, kriminalist Mahmud Hacıyev bu tip tapançalardan cinayətkar məqsədlərlə istifadə olunduğunu diqqətə çatdırıb:

“Əvvəlki illərdə də bu tip tapançalar ölkəyə gətirilirdi. Xüsusilə də, “Makarov” tapançalarının bənzərləri Çindən gətirilirdi. Onlar xarici görünüşünə görə də əsl tapançalardan fərqlənmirdi. Hələ ölkəyə təzə-təzə gətirilən vaxtlarda onlardan insanları qorxutmaq üçün istifadə edərək, bir sıra quldurluq, soyğunçuluq faktları da törədildi. Çünki zərərçəkmiş şəxslər anlaya bilmirdi ki, ona doğru tutulan real silahdır, ya yox”.
 

Kriminalistin sözlərinə görə, sonrakı dövrlərdə bu tip oyuncaqlara rast gəlinmirdi. Lakin indi yenidən onların ölkəyə gətirildiyini görmək mümkündür.


Mahmud Hacıyev sözügedən tapançalarla bağlı qanunvericilikdə boşluqların olduğunu da təəssüflə qeyd edib və bu tip silahlarla bağlı məsələlərin hansı hallarda qanunvericilikdə əks oluna biləcəyini də diqqətə çatdırıb: 

“Təcrübədə bu cür hallara rast gəldikdə, qanunverici orqan, gömrük və ya digər hüquq-mühafizə orqanları təklif irəli sürürlə və normativ hüquqi akt qəbul olunur. Şərt deyil ki, qanunvericilikdə dəyişikliklər olunsun. Əgər bu tip silahlarla bağlı quldurluq halları qeydə alınarsa, məsələnin tənzimləməsi ilə bağlı normativ-hüquqi akt qəbul olunur və onların gətirilməsinə qadağa qoyulur”.

Polkovnik bu cür tapançalarla bağlı normativ hüquqi aktın qəbul olunmasının vacibliyini nəzərə çatdırıb. Bildirib ki, məhkəmə-istintaq təcrübəsinə istinad edərək, bu cür halların qarşısını almaq üçün hər hansı bir hüquqi normativ akt qəbul edilə bilər.

Murad Əhmədov, Bizim.Media 



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO