Bakı sakinlərinin NARAHATLIĞI – Sudan gələn kəskin xlor qoxusu ilə bağlı RƏSMİ AÇIQLAMA

Bakı sakinlərinin NARAHATLIĞI – Sudan gələn kəskin xlor qoxusu ilə bağlı RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Bakı sakinlərinin NARAHATLIĞI – Sudan gələn kəskin xlor qoxusu ilə bağlı RƏSMİ AÇIQLAMA

581178

Son günlər Bakıətrafı qəsəbələrdə içməli suda normadan artıq xlor qoxusu hiss edilməsi ilə bağlı sakinlər arasında narazılıq artıb. Sakinlər suyun dadında və iyində xlor və yaxud buna bənzər kimyəvi qatqının artdığını bildirirlər. Bu vəziyyət ictimaiyyətdə su keyfiyyətinin pozulması ilə bağlı narahatlıq yaradır.

Bu, sırf planlı dezinfeksiya işidir, yoxsa su sistemində gözlənilməz bir nasazlıq meydana gəlib?

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, xlor qoxusunun hər hansı bir normativi yoxdur.  Xlor qalığı olaraq içməli suyun tərkibində laboratoriya və yaxud hər hansısa bir portativ cihaz vasitəsilə təyin olunur.

“Yaz-yay aylarından payız-qış aylarına keçdikdə və yaxud əksinə – payız-qış aylarından yaz-yay mövsümünə keçdikdə adətən sudan xlorun spesifik qoxusu gəlməsi xarakteristik bir xüsusiyyətdir. Yəni adi bir haldır. Bu hər hansı bir xlor miqdarının bu və yaxud digər su mənbəyində və ya zərərsizləşdirmə məntəqəsində normadan artıq verilməsi demək deyil”.

Qurumdan o da bildirildi ki, Mərkəzi Laboratoriya, həmçinin Ceyranbatan kimyəvi bakterioloji laboratoriyası tərəfindən qeyd olunan xlor qalığı göstəricisinə gündəlik nəzarət olunur. Eyni zamanda də hər bir xlorlama məntəqəsində saatlıq olaraq xlor qalığı təyin edilir.

“Normadan artıq xlorun vurulması halı istisna bir haldır. Belə bir hal mümkün deyil. Suyun xlor qoxulu olması yalnız mövsümi xarakter daşıyır. Suyun temperatur dəyişikliyi ilə bağlı olan bir haldır. Qorxmağa heç bir səbəb yoxdur” – deyə məlumatda vurğulanır.

Şəfiqə Şəfa, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO