Qaya Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Numan Kurtulmuşla görüşdü – FOTO

Qaya Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Numan Kurtulmuşla görüşdü – FOTO

Hazırda oxunan: Qaya Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Numan Kurtulmuşla görüşdü – FOTO

581145

Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Qaya Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti ATƏT Parlament Assambleyasının 2025-ci il 17–19 noyabr tarixlərində İstanbulda keçirilən payız sessiyasında iştirak edir.

Bizim.Media xəbər verir ki, sessiya çərçivəsində “ATƏT-in 50 illiyi: Dialoq və əməkdaşlıq vasitəsilə çoxtərəfliliyin yenidən canlandırılması” mövzusunda parlament konfransı, Daimi Komitənin iclası və digər tədbirlər keçirilir.

Tədbirə ev sahibliyi edən Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri cənab Numan Kurtulmuş sessiyada iştirak edən Azərbaycan nümayəndə heyətini qəbul edib.

Nümayəndə heyətinin rəhbəri Qaya Məmmədov Milli Məclisin sədri xanım Sahibə Qafarovanın salamlarını cənab Kurtulmuşa çatdırıb, Türk Hava Qüvvələrinə məxsus hərbi nəqliyyat təyyarəsinin Gəncədən qayıdarkən Gürcüstanda qəzaya uğraması nəticəsində türk hərbi qulluqçularının şəhid olması ilə bağlı başsağlığı verib.

TBMM-in sədri göstərilən həmrəyliyə görə təşəkkürünü bildirib və salamlarını Milli Məclisin sədrinə çatdırmağı xahiş edib. Görüş zamanı iki ölkə parlamentləri arasında əlaqələr, ATƏT PA çərçivəsində əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər üzrə fikir mübadiləsi aparılıb.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO