Alimlər 135 mindən çox bioloji göstəricini təhlil edərək, insan orqanizmində qocalmanın hansı dövrlərdə sürətləndiyini müəyyənləşdiriblər və iki aydın molekulyar dəyişiklik mərhələsi aşkar ediblər.
Stanford Universitetinin apardığı yeni tədqiqat, qocalmanın tədricən baş verdiyi barədə geniş yayılmış fikri təkzib edir. Araşdırmaya görə, insan orqanizmi təxminən 44 və 60 yaşlarında iki kəskin yaşlanma sıçrayışı keçirir. Məhz bu dövrlərdə lipid mübadiləsi və ürək-damar sistemi ilə bağlı əsas biomolekulların tərkibində dramatik dəyişikliklər baş verir.
Bu barədə Bizim.Media xarici mediaya istinadla xəbər verir.
2024-cü ildə aparılan tədqiqat göstərir ki, insan bədəni yaşlanma prosesində iki ciddi sıçrayış yaşayır: birincisi orta hesabla 44 yaşda, ikincisi isə təxminən 60 yaşda baş verir. Stanford Universitetinin genetik mütəxəssisi Maykl Snaider araşdırmanın nəticələrini belə şərh edib: “Biz zamanla sadəcə tədricən dəyişmirik; bədəndə həqiqətən dramatik dəyişikliklər baş verir. Məlum oldu ki, 40 yaşların ortaları və 60 yaşların əvvəli kəskin dəyişiklik dövrləridir. Üstəlik, bu nəticə araşdırılan molekul sinfindən asılı olmayaraq eyni qalır". (Lent.az)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
10:23 / 18.11.2025
Bu müddətdə insanlar daha tez qocalır
Hazırda oxunan: Bu müddətdə insanlar daha tez qocalır
Hazırda oxunan: Bu müddətdə insanlar daha tez qocalır
581137
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































