"Mən onlara borclu deyiləm!" - Ölən ərinin mağazasını qadının əlindən alıblar? - VİDEO

"Mən onlara borclu deyiləm!" - Ölən ərinin mağazasını qadının əlindən alıblar? - VİDEO

Hazırda oxunan: "Mən onlara borclu deyiləm!" - Ölən ərinin mağazasını qadının əlindən alıblar? - VİDEO

581101

Xatirə Şükürova adlı vətəndaş iddia edir ki, həyat yoldaşı vəfat edəndən sonra "Sədərək" ticarət mərkəzində yerləşən mağazaları onların əllərindən alınıb. Onun sözlərinə görə, mağazanın onlara aid olması ilə bağlı bütün sənədlər mövcud olsa da, obyekti işlətməyə icazə verilmir.

Bizim.Media xəbər verir ki, Xatirə Şükürova bildirir ki, həyat yoldaşı həmin mağazada 16 il fəaliyyət göstərib və onlar həmin yeri pul ödəməklə alıblar.
 

Lakin obyektin rəsmiləşdirilməsi zamanı sənədlərdə mərhumun adının qeyd olunmadığı üzə çıxıb. "Mart ayından etibarən bizi burada işləməyə buraxmırlar.


Bildirirlər ki, guya borcumuz var və 50 min manat ödənilməlidir", - deyə vətəndaş qeyd edib.

Məsələ ilə bağlı "Sədərək" ticarət mərkəzinin Mətbuat Xidməti də açıqlama verib.

Qurumdan bildirilib ki, həmin şəxsin adına obyektlə bağlı heç bir rəsmi sənədləşdirmə aparılmayıb.

Daha ətraflı Baku TV-nin süjetində:



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO