“İcazəsiz otağa girib isinmək üçün od qalayıblar” - VİDEO

“İcazəsiz otağa girib isinmək üçün od qalayıblar” - VİDEO

Hazırda oxunan: “İcazəsiz otağa girib isinmək üçün od qalayıblar” - VİDEO

581093

Lənkəranın Göyşaban kəndində baş verən yanğın zamanı iki nəfərin (59 yaşlı Cəlilabad sakini Əmrah Bədirov və 55 yaşlı Sərraf Mustafayev) yanmış meyitinin tapılması ilə bağlı yeni detallar məlum olub.
 

MÖVZU İLƏ BAĞLI: 

Lənkəranda yanan hər iki şəxs Cəlilabad rayon sakinidir


Bizim.Media xəbər verir ki, hər iki şəxs hadisə baş verən ərazidə – donuzçuluq fermasının yaxınlığındakı metal konstruksiyalı yardımçı tikilidə yaşayır və həmin fermada gözətçi kimi işləyirmiş.

Ə. Bədirovun qardaşı Aqil Bədirov bildirib ki, hər iki şəxs orada həm işləyir, həm də qalırmış:

“Çox ağır hadisədir, araşdırılır, tam məlumatımız yoxdur. Qardaşımın heç kimlə düşmənçiliyi olmayıb, sakit adam idi”.

Fermanın sahibi Namiq Əhmədov isə “Baku TV”yə açıqlamasında hadisənin fermaya aidiyyəti olmadığını bildirib:

“Həmin şəxslər fermanın yaxınlığındakı zibil poliqonunda uzun müddətdir səfil həyatı sürürdü. Hər ikisi içki aludəçisi olub. Hadisə baş verən gün gecə saatlarında onlar icazəsiz fermanın gözətçi otağına girib və orada isinmək üçün od qalayıblar.

Yəqin ki, hadisə bundan sonra baş verib. Onlar poliqondan metal qırıntıları toplayıb sataraq gündəlik qazanc əldə edirdilər”.

Ferma sahibi onu da qeyd edib ki, hər iki şəxs zibil tullantıları poliqonunda metal qırıntıları, dəmir parçaları və digər əşyalar toplayaraq satıb gündəlik qazanc əldə ediblər.


Qeyd edək ki, Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, noyabrın 15-də Lənkəran rayonu, Göyşaban kəndi ərazisində yerləşən fermalardan birinin həyətində olan metal konstruksiyalı yardımçı tikilidə baş vermiş yanğın nəticəsində 2 nəfərin yanmış meyitinin aşkar edilməsi faktı üzrə Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.

Daha ətraflı videomaterialda:



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO