Vətən müharibəsi şəhidinin xatirəsi YAD EDİLDİ - FOTO

Vətən müharibəsi şəhidinin xatirəsi YAD EDİLDİ - FOTO

Hazırda oxunan: Vətən müharibəsi şəhidinin xatirəsi YAD EDİLDİ - FOTO

581090

Bu gün Qusar rayonunun Cibir kəndində şəhid Rafik Nurməhəmməd oğlu Bəyverdiyevin anım mərasimi keçirilib.

Rayon icra hakimiyyətindən Bizim.Media-nın yerli bürosuna verilən məlumata görə, şəhidin məzarı ziyarət edilib, önünə gül dəstələri düzülərək, əziz xatirəsi ehtiramla yad edilib.
 

Şəhid Bəyverdiyev Rafik Nurməhəmməd oğlu 1 iyun 1998-ci ildə Qusar rayonunun Cibir kəndində anadan olub. II Qarabağ müharibəsi başlananda könüllü olaraq müharibəyə yollanan Rafik Bəyverdiyev oktyabrın 20-də şəhid olub, 17 noyabr 2020-ci ildə Qusar rayonunun Cibir kəndində dəfn olunub.


Şəhid ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin   azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO