"Məndən xəbərsiz adıma 3 şirkət açılıb, külli miqdarda vergi borcum yaranıb" - VİDEO

"Məndən xəbərsiz adıma 3 şirkət açılıb, külli miqdarda vergi borcum yaranıb" - VİDEO

Hazırda oxunan: "Məndən xəbərsiz adıma 3 şirkət açılıb, külli miqdarda vergi borcum yaranıb" - VİDEO

581089

Bakıda işsiz gənclərin etibarından sui- istifadə edilərək, işə düzəltmək adı ilə adlarına şirkət açılıb. Nəticədə onların külli miqdarda vergi borcu yaranıb.

Bizim.Media xəbər verir ki, şikayətçi Teymuraz Abbasov deyir ki, onun adıma 232 min manat vergi borcu var.

O, bundan bir il sonra ünvanına göndərilən məhkəmə qəbzi ilə xəbər tutub.

Zərərçəkmiş Nicat hüseynov isə deyib ki, onun da adına şirkət açılıb və 99 min manat vergi borcu yaranıb. Röyal Əzimov isə bildirib ki, onun adı 3 şirkət açılıb, nəticədə, 16 min 700 manat vergi borcu yaranıb və artmaqda davam edir.

 

Məsələ ilə bağlı Dövlət Vergi Xidmətindən sorğumuza cavab olaraq bildirdilər ki, əksər hallarda vətəndaşlar müxtəlif yollarla aldadılır və etibarnamə alınmaqla, yaxud onlara məxsus elektron imzalardan istifadə edilməklə adlarına müxtəlif hüquqi şəxslər təsis edilir, qanunsuz əməliyyatlar aparılır və nəticədə, həmin hüquqi şəxslərin böyük məbləğlərdə vergi borcu yaranır.


Qeyd edək ki, məsələ hazırda məhkəmə müstəvisindədir. 

Mövzu ilə bağlı daha ətraflı Xezerxeber.az-ın videomaterialında:



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO