Gəncədə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, şəhər ərazisində avtobus yolu qarşı tərəfə keçmək istəyən, 2006-cı il təvəllüdlü Ayxan Əliiskəndərovu vurub.
Zərərçəkən xəstəxanaya çatdırılıb. Ona ilkin tibbi yardım göstərilib, vəziyyəti stabildir. İlkin məlumata görə 19 yaşlı gənci 11 saylı marşrut üzrə işləyən avtobus vurub.
Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu
































































































