Qəbələ rayonunun Nic qəsəbəsində tövlədə 10 ton ot bağlaması yanıb.
Bu barədə Bizim.Media-ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti Qəbələ rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri tövlədə baş vermiş yanğının daha geniş sahəyə yayılmasına imkan vermədən söndürüblər.
Yanğın nəticəsində ümumi sahəsi 120 m² olan tövlənin yanar konstruksiyaları 40 m² sahədə və damına yığılmış 14 ton ot bağlamasından 10 tonu yanıb.
Tövlənin və otun qalan hissəsi, eləcə də yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Bizim.Media


































































































