Naxçıvanda müəllimin şagirdi döyməsi ilə bağlı iddialara RƏSMİ CAVAB

Naxçıvanda müəllimin şagirdi döyməsi ilə bağlı iddialara RƏSMİ CAVAB

Hazırda oxunan: Naxçıvanda müəllimin şagirdi döyməsi ilə bağlı iddialara RƏSMİ CAVAB

581020

Babək rayonunun Cəhri qəsəbə 1 nömrəli tam orta məktəbinin IX sinif şagirdi Fərəcova Zəhra Şahin qızının məktəbin müəllimi Etibar Əhmədov tərəfindən döyülməsi ilə bağlı iddialar sosial mediada geniş müzakirəyə səbəb olub.

Yayılan iddialara aydınlıq gətirmək üçün Bizim.Media Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi ilə əlaqə saxlayıb.

Nazirlikdən verilən məlumata görə, Babək Rayon Təhsil Şöbəsi tərəfindən məsələ ilə bağlı araşdırmaya başlanılıb:
 

“Məsələ ilə bağlı hüquq - mühafizə orqanlarına müraciət edilib. Araşdırma yekunlaşdıqdan sonra şagirdin döyülmə faktı və digər qanunazidd davranışlar öz təsdiqini taparsa, qanunauyğun qaydada cəza tədbiri görüləcək”, - deyə bildirilib.


Əlavə olaraq Nazirlikdən bildirilib ki,  bu və ya buna bənzər hadisələr və onların nəticələri qanunauyğun qaydada araşdırılmadan və  şagirdin yaş psixologiyası nəzərə alınmadan ictimailəşdirilməsi şagirdin sonrakı yaş dövründə psixoloji əhval-ruhiyyəsinə, müəllim və məktəbin nüfuzuna xələl gətirir. Qeyd olunan nüansın daima nəzərə alınması ümumi mənafeyə uyğundur.

Aygün Hüseyn, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO