Beynəlxalq STEAM Azərbaycan Festivalına (SAF 2025) start verilib.
Bizim.Media xəbər verir ki, festival Elm və Təhsil Nazirliyinin dəstəyi və “STEAM Azərbaycan” layihəsinin təşkilatçılığı Bakı Ekspo Mərkəzində baş tutub.
Açılış mərasimində elm və təhsil naziri Emin Əmrullayev, dövlət rəsmiləri, millət vəkilləri, səfirlər, tanınmış ictimaiyyət nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri, müxtəlif ölkələrdən gələn qonaqlar, həmçinin, özəl şirkət rəhbərləri iştirak edirlər.
Festival çərçivəsində 18 yarış kateqoriyası üzrə 20-dən artıq ölkədən minlərlə şagird, tələbə, mentor və ekspert iştirak edir.
Ümumilikdə 5000-dən çox iştirakçının qeydiyyatdan keçdiyi festivalın final mərhələsinə 1400-dən çox iştirakçı vəsiqə qazanıb.
Qeyd edək ki, Beynəlxalq STEAM Azərbaycan Festivalı 5 ildir keçirilir. Festival 19 noyabr tarixinədək davam edəcək.



















Günay Şahmar, Sadiq Məmmədov, Bizim.Media





































































































