Anardan həmin fotosu ilə bağlı AÇIQLAMA

Anardan həmin fotosu ilə bağlı AÇIQLAMA

Hazırda oxunan: Anardan həmin fotosu ilə bağlı AÇIQLAMA

580957

Sosial şəbəkələrdə Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Anar Rzayevin təkərli oturacaqda çəkilmiş fotosu yayılıb. Üzərində “klinika” yazılmış arabada əyləşən 87 yaşlı yazıçının bu görüntüsü onun səhhətində ciddi problemlərin olmasına dair müzakirələri yenidən gücləndirib.

Bizim.Media xəbər verir ki, “Qafqazinfo” sözügedən görüntü ilə bağlı AYB sədri ilə əlaqə saxlayıb.

Anar Rzayev açıqlamasında səhhətində heç bir problemin olmadığını bildirib:
 

“Lap yaxşıyam. Hansı klinikadır, heç xatırlamıram. Mənim klinikaya getməyim heç yadımda deyil. Yəqin ki, çoxdan çəkilib”.


Yazıçı “Hazırda evdəsinizmi?” sualına isə “Sağ olun” deyərək dəstəyi asıb.

Qeyd edək ki, A.Rzayev 1991-ci ildən AYB-nin sədridir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO