Əslən azərbaycanlı olan Rusiyalı milyarder Fərhad Əhmədovun şəxsi həyatı barədə yeni məlumatlar var.
Bizim.Media "The Sunday Times"a istinadən xəbər verir ki, keçmiş həyat yoldaşı ilə qalmaqallı Britaniya boşanması ilə diqqətləri çəkən Fərhad Əhmədov, şəxsi həyatı ilə bağlı yenə gündəmə gəlib.
Onun oğlunun məhkəməyə verdiyi ifadəyə görə, atası yaşda özündən iki dəfə kiçik olan, keçmiş gözəllik şahzadəsi Anna Adamova ilə anası Tatyanayla hələ boşanmamışdan əvvəllər də görüşüb.
Tatyana Əhmədova isə bir qədər əvvəl oğlunu məhkəməyə verərək atası ilə əlbir olduğunu, varidatlarının həqiqi göstəricilərini azaltmağa çalışdıqlarını iddia edib. Bu yolla ona çatacaq 453 milyon dollar dəyərində təzminatı ödəməkdən boyun qaçırtmağa cəhd etdiklərini bildirib.
Fərhad və Teymur Əhmədovlar isə bu iddianı rədd ediblər. Onların fikrincə, Tatyana Əhmədova yalançıdır, məqsədi daha çox pul qoparmaqdır.
Xatırladaq ki, 65 yaşlı Azərbaycan əsilli Fərhad Əhmədov Rusiya prezidenti Vladimir Putinə yaxınlığı ilə seçilən iş adamlarından sayılır.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
18:15 / 20.12.2020
Fərhad Əhmədovun ailə qalmaqalı - YENİ FOTOFAKT
Hazırda oxunan: Fərhad Əhmədovun ailə qalmaqalı - YENİ FOTOFAKT
Hazırda oxunan: Fərhad Əhmədovun ailə qalmaqalı - YENİ FOTOFAKT
5809
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.