Şəkərli diabeti olan şəxslərin xurma yeməyi məhdudlaşdırması tövsiyə olunur, çünki bu meyvə yüksək miqdarda şəkər ehtiva edir.
Bizim.Media xəbər verir ki, həkim-qastroenteroloq Yelena Pexotina bildirib ki, xurmanın həddindən artıq qəbulu həm qəbizlik, həm də qanda qlükoza səviyyəsinin artmasına səbəb ola bilər.
O, diabet və qəbizlik riski olan insanlara xurmanı gündə bir-iki kiçik ədəd ilə məhdudlaşdırmağı tövsiyə edib:
"Buna baxmayaraq, xurma hələ də antioksidantlar, karotinoidlər, C vitamini və kaliumla zəngin faydalı bir məhsuldur".
Həkim qeyd edib ki, bu meyvə damar sağlamlığını gücləndirir, maddələr mübadiləsini yaxşılaşdırır və bağırsağın, həmçinin immun sisteminin fəaliyyətinə dəstək olur. (milli.az)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
00:44 / 17.11.2025
Bu şəxslər xurma yeməməlidir
Hazırda oxunan: Bu şəxslər xurma yeməməlidir
Hazırda oxunan: Bu şəxslər xurma yeməməlidir
580892
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

























































































