Lənkəranda yanan hər iki şəxs Cəlilabad rayon sakinidir

Lənkəranda yanan hər iki şəxs Cəlilabad rayon sakinidir

Hazırda oxunan: Lənkəranda yanan hər iki şəxs Cəlilabad rayon sakinidir

580877

Xəbər verdiyimiz kimi, Lənkəran rayonunun Göyşaban kəndi ərazisində, məişət tullantıları poliqonuna yaxın fermanın həyətində iki yanmış kişi meyiti aşkarlanıb. Meyitlərdən biri gözətçi otağında, digəri isə həyətdə tapılıb.

Bizim.Media xəbər verir ki, hadisə yerinə hüquq-mühafizə orqanları cəlb edilib.

İlkin məlumata görə, hər iki şəxs Cəlilabad rayon sakinidir.

Meyitlər daxili və xarici müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran zonası mərkəzinə göndərilib.

Ekspertizanın nəticələrindən sonra ölüm səbəbləri müəyyən ediləcək. Fakt üzrə araşdırma aparılır.

Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO