Gədəbəydə ailə faciəsi baş verib.
Bizim.Media xəbər verir ki, belə ki, rayon sakini, 1988-ci il təvəllüdlü R. İlyasov bıçaqlanıb və aldığı ağır xəsarətlər nəticəsində hadisə yerində dünyasını dəyişib.
Mərhumun meyiti müvafiq ekspertiza aparılması üçün aidiyyəti quruma təhvil verilib.
İlkin məlumata görə, 37 yaşlı kişini atası İ. İlyasov bıçaqlayaraq qətlə yetirib. Əraziyə prokurorluq və polis əməkdaşları cəlb olunub.
Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 59 yaşlı İlqar İlyasov saxlanılaraq istintaqa təhvil verilib.
Bizim.Media





























































































