Ağstafada bədbəxt hadisə ölümə səbəb olub.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, rayon sakini, 1987-ci il təvəllüdlü V. Zeynalov yaşadığı evdə elektrik cihazını təmir edərkən ehtiyatsızlıq səbəbindən elektrik cərəyanı vuub.
38 yaşlı kişi hadisə yerində dünyasını dəyişib. Meyit müvafiq ekspertiza aparılması üçün aidiyyəti üzrə təhvil verilib.
Hadisə yerinə prokurorluq və polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu





























































































