Telefonunuzdakı giriş yalnız şarj üçün DEYİLMİŞ: 10 fərqli funksiya

Telefonunuzdakı giriş yalnız şarj üçün DEYİLMİŞ: 10 fərqli funksiya

Hazırda oxunan: Telefonunuzdakı giriş yalnız şarj üçün DEYİLMİŞ: 10 fərqli funksiya

580762

Artıq demək olar ki, bütün smartfonlarda USB-C girişi standart halına gəlib. Apple da uzun illər davam edən Lightning dövründən sonra tamamilə USB-C-yə keçib. Lakin istifadəçilərin çoxu bu girişdən yalnız telefonu şarj etmək üçün istifadə edir. Halbuki bu kiçik port düşündüyünüzdən daha çox iş görür.

Bizim.Media xəbər verir ki, MacWorld texnologiya dərgisi USB-C girişinin ən maraqlı 10 funksiyasını açıqlayıb:

1. Başqa cihazları şarj etmək

Telefonunuzu kiçik "powerbank" kimi istifadə edə bilərsiniz. USB-C kabeli ilə başqa telefonu, ağıllı saatı və ya qulaqcığı şarj etmək mümkündür.

2. Yaddaşı genişləndirmək

Telefonun yaddaşı dolanda, USB yaddaş və ya xarici disk qoşaraq foto, video və sənədləri asanlıqla köçürmək mümkündür. iPhone-da "Files/Dosyalar" tətbiqi bunu dəstəkləyir.

3. Klaviatura qoşmaq

Uzun mətn yazmalı olduğunuz hallarda USB-C vasitəsilə xarici klaviatura qoşa bilərsiniz. Xüsusən böyük ekranlı telefonlarda mini noutbuk kimi istifadə imkanı yaradır.

4. Xarici mikrofon qoşmaq

USB-C portu vasitəsilə peşəkar xarici mikrofon qoşmaq mümkündür. Bu da video, podcast və ya müsahibələrdə daha aydın və keyfiyyətli səs yazısı deməkdir.

5. SD kart oxumaq

SD kart oxuyucu qoşaraq fotoaparatınızdakı şəkilləri birbaşa telefona keçirə, dərhal redaktə edə bilərsiniz.

6. Telefonu xarici ekrana bağlamaq

USB-C-HDMI adapteri ilə telefonu televizora və ya monitora qoşmaq olur. Film izləmək, təqdimat etmək və oyun oynamaq üçün əlverişlidir.


7. Oyun kolu (gamepad) qoşmaq

Müasir oyun kollan USB-C ilə birbaşa qoşula bilir. Bu, simsiz bağlantılara görə daha az gecikmə və daha dəqiq idarəetmə deməkdir.

8. Kablolu internetdən istifadə etmək

Daha stabil və sürətli internet lazım olduqda, Ethernet adapteri ilə telefonu kablo vasitəsilə internətə bağlamaq mümkündür. Yayım, oyun və böyük fayl yükləmələri üçün idealdır.

9. Mini kamera (endoskop) qoşmaq

USB-C-yə kiçik endoskop kamera qoşaraq çətin görünən yerlərə baxmaq mümkündür. Məsələn, mebel altları və ya cihaz içi yoxlamaları üçün çox praktiktir.

10. USB hub ilə portları artırmaq

Bir USB-C hub istifadə edərək eyni anda bir neçə cihaz qoşmaq mümkündür. Şarj, məlumat köçürülməsi və görüntü çıxışı - hamısı tək mərkəzdən idarə oluna bilər. (milli.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO