Ötən il Türkiyəyə nə qədər Azərbaycan vətəndaşı səfər edib? - RƏSMİ

Ötən il Türkiyəyə nə qədər Azərbaycan vətəndaşı səfər edib? - RƏSMİ

Hazırda oxunan: Ötən il Türkiyəyə nə qədər Azərbaycan vətəndaşı səfər edib? - RƏSMİ

58075

2021-ci ilin sonunda 470 618 Azərbaycan vətəndaşı Türkiyəyə səfər edib. Bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 98,74 faiz çoxdur. 

Bizim.Media xəbər verir ki, bu barədə çərşənbə axşamı “TurkicWorld” nəşri Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinə istinadən məlumat yayıb.

2021-ci ildə Türkiyəyə səfər edən əcnəbilərin ümumi sayında Azərbaycan vətəndaşlarının xüsusi çəkisi 1,90 faiz təşkil edib.

2021-ci ilin dekabr ayında isə 57 198 Azərbaycan vətəndaşı Türkiyəyə səfər edib 2020-ci ilin eyni ayı ilə müqayisədə bu, 24 dəfə çoxdur.

2021-ci ilin dekabr ayında Türkiyəyə səfər edən əcnəbilərin ümumi sayında Azərbaycan vətəndaşlarının xüsusi çəkisi 3,02 faiz olub.

Nazirlikdən verilən məlumata görə, Türkiyə keçən ilin dekabr ayında ümumilikdə 2,482 milyon turist qəbul edib. Bu, 2020-ci ilin eyni ayına nisbətən 15 dəfə artımdır.
2021-ci ildə Türkiyəyə 30,038 milyon turist gəlib. 2020-ci ilin eyni dövrü ilə müqayisədə bu, 88,08 faiz çoxdur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO