“Telegram”dan sutkalıq REKORD

“Telegram”dan sutkalıq REKORD

Hazırda oxunan: “Telegram”dan sutkalıq REKORD

580745

“Telegram” messenceri sutka ərzində rekord sayda kanalı bloklayıb.

Bizim.Media xəbər verir ki, ümumilikdə 519,7 min hesabın girişinə məhdudiyyət qoyulub.

Rəsmi hesabatda bildirilir ki, bu ilin 317 günü ərzində “Telegram” 34,9 milyon kanalı bloklayıb.

Onlardan təxminən 207,8 mini terror fəaliyyətləri ilə, 856 mini isə uşaqlara qarşı seksual zorakılıqla bağlı olub.

Ortalama olaraq, sutkada 111 min kanalın girişinə məhdudiyyət qoyulub.

Qeyd edək ki, “Telegram” hər gün on minlərlə qrup və kanalı bloklayır, o cümlədən zorakılığa çağırış, uşaqlara qarşı zorakılıq materiallarının yayılması və qeyri-qanuni malların ticarəti ilə bağlı milyonlarla qayda pozan kontenti silir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO