Azərbaycanda Kiçik Çillə başladı - 20 gün davam edəcək

Azərbaycanda Kiçik Çillə başladı - 20 gün davam edəcək

Hazırda oxunan: Azərbaycanda Kiçik Çillə başladı - 20 gün davam edəcək

58067

Xalq inancına görə, bu gecə - yanvarın 31-dən fevralın 1-nə keçən gecədən etibarən Azərbaycanda Böyük çillə başa çatıb və Kiçik çillə başlayır.

Bizim.Media xatırladır ki, qədim türklər qış fəslini üç yerə bölüblər: Böyük çillə 40 gün, Kiçik çillə 20 gün və bundan sonra 30 günlük Boz ay gəlir.

"Çillə" - çətinlik, məşəqqət, üzüntü, sıxıntı, ağırlıq gətirən ifadədir.

Qeyd edək ki, dekabr ayının 21-dən 22-nə keçən gecə Azərbaycanın müxtəlif bölgələrində "Böyük çillə" mərasimi keçirilir. Böyük çillə təxminən yanvarın 31-i bitir. 

Daha mülayim olan Böyük çillədən fərqli olaraq, Kiçik çillədə havalar sərt şaxtalarla müşahidə olunur. Sərt soyuğuna görə Kiçik çillə mifologiyada amansız, həyatı donduran, qorxulu bir qüvvə kimi təsvir olunur. 
Kiçik çillə 20 gün davam edir. Ondan sonra Boz ay başlayır. Boz ay isə Novruz bayramı ilə bitir. Yaşı min illərə çatan bu mərasim həm də insanları qışda keçən mülayim havaya aldanmamağa çağırır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO