“Lukoyl” beynəlxalq aktivlərinin satışına BAŞLADI

“Lukoyl” beynəlxalq aktivlərinin satışına BAŞLADI

Hazırda oxunan: “Lukoyl” beynəlxalq aktivlərinin satışına BAŞLADI

580642

“Lukoyl” (LUKOIL) beynəlxalq aktivlərinin satışına dair danışıqlar aparır.

Bizim.Media xəbər verir ki, bu barədə şirkətin məlumatında bildirilir.

“Müəssisələrin yeni sahiblərə satılması və təhvil verilməsi prosesində fəaliyyətin fasiləsizliyinin təmin olunmasına şirkət xüsusi önəm verir. Bu, fəaliyyət və enerji təchizatında mümkün dayanma risklərini aradan qaldırmağa, eləcə də iş yerlərini qorumağa imkan verəcək”, — deyə açıqlamada qeyd olunub.

Konkret sövdələşmə barədə isə yalnız yekun razılaşmalar əldə edildikdən və tənzimləyici qurumlardan zəruri icazələr alındıqdan sonra açıqlama veriləcək.

Qeyd edək ki, "Lukoyl"un təsisçisi Vahid Ələkbərovdur. O, 2022-ci ildə Böyük Britaniya tərəfindən sanksiyalar siyahısına daxil edildikdən sonra "Lukoyl"da rəhbər vəzifələrdən ayrılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO