“Lody Azərbaycan” şirkəti korporativ sosial məsuliyyət (KSM) proqramı çərçivəsində ölkədəki həssas qruplara dəstək missiyasını davam etdirir.
Bizim.Media demokrat.az-a istinadən xəbər verir ki, şirkət bu təşəbbüsün növbəti mərhələsində müharibə zamanı ailəsini itirən və bütün çətinliklərə baxmayaraq ana olan Sevil xanımı ziyarət edib.
Ziyarət zamanı “Lody Azərbaycan”nin nümayəndələri Sevil xanıma və onun körpəsinə xüsusi olaraq hazırlanmış hədiyyə dəstləri təqdim ediblər. Bu dəstələr körpə baxım məhsulları və gündəlik ehtiyacları əhatə etməklə yanaşı, ailəyə mənəvi dəstək məqsədi daşıyırdı.
Şirkətin nümayəndəsi açıqlamasında bildirib: “Biz inanırıq ki, belə ağır həyat sınaqları ilə üzləşən ailələrin yanında olmaq təkcə sosial məsuliyyət deyil, həm də insani bir borcdur.
Lody markası olaraq körpələrin sağlam və rahat böyüməsinə dəstək olmaq missiyamızdır. Bu missiyanı yalnız məhsullarımızla deyil, real həyatda ehtiyacı olan ailələrin yanında olaraq həyata keçirməyə çalışırıq.”
Sevil xanım isə göstərilən diqqətə görə minnətdarlığını ifadə edərək, bu cür dəstəyin həm psixoloji, həm də praktik baxımdan böyük əhəmiyyət daşıdığını vurğulayıb.
“Lody Azərbaycan” gələcək aylarda da eyni istiqamətdə sosial layihələri genişləndirməyi, xüsusilə də müharibə və digər çətinliklərdən təsirlənmiş ailələrə dəstək proqramlarını gücləndi.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
21:20 / 14.11.2025
“Lody Azərbaycan” müharibədə ailəsini itirmiş xanıma dəstək göstərdi
Hazırda oxunan: “Lody Azərbaycan” müharibədə ailəsini itirmiş xanıma dəstək göstərdi
Hazırda oxunan: “Lody Azərbaycan” müharibədə ailəsini itirmiş xanıma dəstək göstərdi
580629
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.























































































