Qusarda multikultural dəyərlərin təbliğinə həsr olunmuş seminar KEÇİRİLDİ - FOTO

Qusarda multikultural dəyərlərin təbliğinə həsr olunmuş seminar KEÇİRİLDİ - FOTO

Hazırda oxunan: Qusarda multikultural dəyərlərin təbliğinə həsr olunmuş seminar KEÇİRİLDİ - FOTO

580614

Bu gün Qusar rayonunun Həsənqala kənd tam orta məktəbində “Xalqımızın tolerantlıq ənənələrinin və multikulturalizm siyasətinin milli həmrəyliyimizin möhkəmləndirilməsində rolu” mövzusunda maarifləndirici seminar keçirilib.

Rayon icra hakimiyyətindən Bizim.Media-nın yerli bürosuna verilən məlumatına görə, tədbir Qusar Rayon İcra Hakimiyyəti, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba-Xaçmaz regional bölməsi və Elm və Təhsil Nazirliyinin Quba-Xaçmaz regional bölməsinin birgə təşkilatçılığı ilə baş tutub. Seminarda Qusar Rayon İcra Hakimiyyəti Başçısı Aparatının əməkdaşı Kamran Sədullayev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba-Xaçmaz regional bölməsinin əməkdaşı Mehman Məmmədov və digər natiqlər geniş məruzələrlə çıxış ediblər.

Seminar iştirakçıları arasında mövzu ətrafında müzakirələr aparılıb, şagirdlərə tolerant davranış mədəniyyəti, digər xalqların və dinlərin nümayəndələrinə hörmət, fərqli mədəniyyətlərə açıq olmağın əhəmiyyəti barədə əlavə məlumatlar verilib, maarifləndirici materiallar paylanıb.








Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO