Sosial şəbəkədə “9990” və “7770” nömrələrindən gələn zənglərlə bağlı araşdırma BAŞLADI

Sosial şəbəkədə “9990” və “7770” nömrələrindən gələn zənglərlə bağlı araşdırma BAŞLADI

Hazırda oxunan: Sosial şəbəkədə “9990” və “7770” nömrələrindən gələn zənglərlə bağlı araşdırma BAŞLADI

580606

Sosial şəbəkələrdə “9990” və “7770” nömrələrindən gələn zənglərlə bağlı çağırış xarakterli məlumatlar, eləcə də həmin zəngləri cavablandıran şəxslərin məlumatlarının oğurlandığı barədə iddialar yayılıb.
 

MÖVZU İLƏ BAĞLI:

“9990" nömrəsindən gələn zənglə bağlı yayılan iddialara DİN-dən REAKSİYA – FOTO


Bizim.Media xəbər verir ki, Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətindən bildirilib ki, daxil olmuş müraciətlər üzrə aparılan ilkin araşdırmalar zamanı bank kartlarına müdaxilə, hesablardan pul vəsaitlərinin oğurlanması və ya vətəndaşların şəxsi məlumatlarının ələ keçirilməsi ilə bağlı hər hansı fakt aşkarlanmayıb.

Hazırda DİN-in aidiyyəti baş idarəsi tərəfindən araşdırmalar davam etdirilir. Araşdırmaların nəticələrinə əsasən xüsus olacağı təqdirdə ictimaiyyətə əlavə məlumat veriləcək.

Qeyd edək ki, bu gün həmçinin "9990" nömrəsindən də gələn zənglərlə bağlı çağırış xarakterli məlumatlar, eləcə də həmin zəngləri cavablandıran şəxslərin məlumatlarının oğurlandığı barədə iddialar yayılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO