Həbsdə olan müğənni Dəniz Əsədovaya YENİ İTTİHAM - Saxta əlillik düzəldibmiş...

Həbsdə olan müğənni Dəniz Əsədovaya YENİ İTTİHAM - Saxta əlillik düzəldibmiş...

Hazırda oxunan: Həbsdə olan müğənni Dəniz Əsədovaya YENİ İTTİHAM - Saxta əlillik düzəldibmiş...

580601

Həbsdə olan müğənni Dəniz Əsədova barəsində cinayət işi başlanılıb.

Bizim.Media "Report.az"a istinadən xəbər verir ki, Dəniz Əsədova barəsində Cinayət Məcəlləsinin 32.4.308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə təhrik etmə), 32.4.313-cü (vəzifə saxtakarlığına təhrik etmə), 32.312.3.3 (rüşvət verməyə təhrik etmə) maddələri yeni ittiham verilib.

Müğənni vətəndaşlardan pul alaraq saxta əlilik sənədi düzəltməkdə ittiham olunur.

Belə ki, o, Sabunçu rayonu 21 saylı Birləşmiş şəhər Xəstəxanasının keçmiş baş həkimi və hazırda cinayət işi məhkəmə araşdırmasında Rauf İsfəndiyarovun əlbir olaraq 136 nəfərin saxta əlillik almasına köməklik edib.

İş üzrə dövlətə 1,6 milyon manat ziyan vurulub.
 

Qeyd edək ki, Dəniz Əsədova bundan əvvəl dələduzluqda və bir neçə nəfərə qarşı təhqir və böhtan səbəbindən xüsusi ittiham qaydasına məhkum edilib.


O, vəkil Asim Abbasovu təhqir və böhtan atdığı səbəbindən Binəqədi rayon Məhkəməsinin hökmü ilə 7 ay azadlıqdan məhrum edilib. Daha sonra başqa bir şəxsi də təhqir etməsi və böhtan atması səbəbindən onun cəzası artırılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO