“9990" nömrəsindən gələn zənglə bağlı yayılan iddialara DİN-dən REAKSİYA – FOTO

“9990" nömrəsindən gələn zənglə bağlı yayılan iddialara DİN-dən REAKSİYA – FOTO

Hazırda oxunan: “9990" nömrəsindən gələn zənglə bağlı yayılan iddialara DİN-dən REAKSİYA – FOTO

580597

Son günlərdə sosial şəbəkələrdə və messencərlərdə “9990” nömrəsindən gələn zənglərlə bağlı çağırış xarakterli məlumatlar yayılıb. Sözügedən məlumatlarda həmin zəngi açan şəxslərin bütün informasiyalarının ələ keçirildiyi iddia edilir.

Bu isə insanlar arasında təşvişə səbəb olub.  

Mövzu ilə bağlı Daxili İşlər Nazirliyinə sorğu ünvanladıq. DİN-in Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli Bizim.Media-ya bildirib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir və feykdir:

“Bank kartlarına müdaxilə və ya pul oğurlanması ilə bağlı hər hansı hal aşkarlanmayıb. Məsələ DİN-in aidiyyəti baş idarəsi tərəfindən araşdırılır. Əgər hər hansı təhlükəli xüsusat müəyyən olunarsa, ictimaiyyət dərhal məlumatlandırılacaq".

DİN vətəndaşları rəsmi mənbələrdən təsdiqlənməyən məlumatlara inanmamağa və şayiələrin yayılmasına yol verməməyə çağırıb.


Aygün Hüseyn, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO