Leyla Əliyeva Mingəçevirdə avarçəkmə bazasında idmançılarla görüşdü – FOTO

Leyla Əliyeva Mingəçevirdə avarçəkmə bazasında idmançılarla görüşdü – FOTO

Hazırda oxunan: Leyla Əliyeva Mingəçevirdə avarçəkmə bazasında idmançılarla görüşdü – FOTO

580545

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Mingəçevir şəhərinə səfəri çərçivəsində avarçəkmə bazası ilə tanış olub.

Bizim.Media xəbər verir ki, Leyla Əliyevaya Kür çayı üzərində salınmış “Kür” Olimpiya Tədris-İdman Mərkəzinin fəaliyyəti, burada yaradılan infrastruktur, idmançıların hazırlıq prosesi və qazanılan nailiyyətlər barədə ətraflı məlumat verilib.

Bildirilib ki, “Kür” Olimpiya Tədris-İdman Mərkəzi Avropada, eləcə də MDB məkanında bənzəri olmayan avarçəkmə bazalarından biridir.

Mərkəz avarçəkmə idman növü üzrə milli komandanın əsas hazırlıq bazalarından biri kimi fəaliyyət göstərir.

Burada müxtəlif yaş qruplarına aid idmançıların peşəkar səviyyədə məşq etmələri üçün müasir standartlara cavab verən şərait yaradılıb, zəruri infrastruktur, idman avadanlıqları və təhlükəsizlik tələblərinə cavab verən sistemlər təmin olunub.
 

Görüş zamanI, həmçinin gənclərin sağlam həyat tərzinə cəlb olunması, avarçəkmə idman növünün daha geniş təşviqi və regionda idman infrastrukturunun gücləndirilməsi istiqamətində görülən işlər diqqətə çatdırılıb.


Leyla Əliyeva avarçəkmə üzrə məşq prosesini izləyib və idmançılarla səmimi söhbət edib.












Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO