“Xankəndidə mənzillər satışa çıxarılacaq”.
Bizim.Media Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa Tikinti və İdarəetmə Xidmətinə istinadən xəbər verir ki, bunu Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov deyib.
Bildirilib ki, Xankəndi şəhərində sahibkarlar tərəfindən çoxmənzilli yaşayış binalarının tikintisinə start verilib.
Şəhərdə və ətraf yaşayış məntəqələrində genişmiqyaslı tikinti və bərpa işləri sürətlə davam etdirilir. Regionda sahibkarlar üçün əlverişli investisiya mühiti yaradılıb, infrastruktur layihələri iş adamlarının bu ərazilərə marağını daha da artırıb.
Onun sözlərinə görə, şəhərdə sahibkarlar tərəfindən hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisi başa çatdıqdan sonra mənzillər satışa çıxarılacaq. Elçin Yusubov bildirib ki, artıq Xankəndidən mənzil almaq istəyən vətəndaşlardan xeyli müraciət daxil olub.
Xüsusi nümayəndənin sözlərinə görə, mənzillərin satışı həm nağd şəkildə, həm də kreditlə mümkün olacaq:
"Sahibkarların banklarla imzaladığı müqavilələr əsasında vətəndaşlara kreditlə mənzil almaq imkanı yaradılacaq. Bu prosesin şəffaf və rahat həyata keçirilməsi üçün sahibkarlara zəruri dövlət dəstəyi göstəriləcək".
Qeyd olunub ki, Xankəndidə aparılan tikinti və bərpa işləri şəhərin müasir yaşayış məkanına çevrilməsini hədəfləyir.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
12:45 / 14.11.2025
Xankəndidə mənzil sahibi olmaq istəyənlərə ŞAD XƏBƏR
Hazırda oxunan: Xankəndidə mənzil sahibi olmaq istəyənlərə ŞAD XƏBƏR
Hazırda oxunan: Xankəndidə mənzil sahibi olmaq istəyənlərə ŞAD XƏBƏR
580544
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

























































































