“Bu şəxslərə ictimai nəqliyyatda güzəştlər edilə bilər” – SİYAHI

“Bu şəxslərə ictimai nəqliyyatda güzəştlər edilə bilər” – SİYAHI

Hazırda oxunan: “Bu şəxslərə ictimai nəqliyyatda güzəştlər edilə bilər” – SİYAHI

580422

Son vaxtlar ictimai nəqliyyatda ödənişsiz gediş hüququnun kimlərə şamil edilməli olduğu barədə müzakirələr yenidən gündəmə gəlib. Bəzi ekspertlər hesab edir ki, belə bir addım aztəminatlı təbəqələrin yükünü azalda, eyni zamanda sosial rifahın yüksəldilməsinə xidmət edə bilər.

Məsələyə münasibət bildirən millət vəkili Hikmət Babaoğlu Bizim.Media – ya açıqlamasında bildirib ki, Azərbaycanda bu istiqamətdə müəyyən təcrübə mövcuddur və güzəşt kateqoriyaları artıq tarixi olaraq formalaşıb:

“İctimai nəqliyyatda ödənişsiz gediş hüququnun tətbiqi zamanı əsas məqsəd sosial həssas qrupların müdafiəsi olmalıdır. Biz bunu tarixən bilirik. Azərbaycanda güzəştlərin necə tətbiq edilməsi ilə bağlı təcrübə var və kateqoriyalar kifayət qədər aydındır. Sosial təminatı az olan şəxslər, məktəblilər, tələbələr, təqaüdçülər, şəhid ailələri və qazilər üçün belə güzəştlərin tətbiqi məqsədəuyğundur”.

Deputat həmçinin vurğulayıb ki, bu kimi güzəştlərin həyata keçirilməsi təkcə sosial məsələ deyil, həm də iqtisadi baxımdan planlı şəkildə icra olunmalıdır:

“Nəzərə almaq lazımdır ki, güzəştlərin miqdarı nəqliyyat daşımalarını həyata keçirən şirkətlərin və yol infrastrukturuna xidmət göstərən müvafiq sahələrin təklifləri nəzərə alınmaqla müəyyən edilməlidir. Bütün hallarda elə sosial qruplar var ki, onlar üçün pulsuz gediş hüququnun təmin olunması ədalətli və vacib addım sayılır”.

Aygün Hüseyn, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO