Səhər yeməyində bu qidanı yeyin - İnfarkt riskini kəskin azaldır

Səhər yeməyində bu qidanı yeyin - İnfarkt riskini kəskin azaldır

Hazırda oxunan: Səhər yeməyində bu qidanı yeyin - İnfarkt riskini kəskin azaldır

580416

Səhər yeməyində taxıl lifli qidaların müntəzəm qəbulu ürək və damar sağlamlığını əhəmiyyətli dərəcədə qoruyur.

Bizim.Media xəbər verir ki, bu Kolumbiya Universitetinin Mailman İctimai Səhiyyə Məktəbində aparılan tədqiqatda müəyyən edilib.

Belə ki, gündə cəmi 5 qram taxıl lifi arterial tıxanıqlığı və iltihabı azaldaraq ürək tutması riskini 40%-dək azalda bilər.

Tədqiqatda 4123 yetkinin məlumatları təhlil edilib və C-reaktiv protein kimi iltihab markerlərinin lif qəbulunun artması ilə əhəmiyyətli dərəcədə azaldığı müşahidə olunub.

Mütəxəssislərin sözlərinə görə, taxıl lifləri meyvə və tərəvəz liflərindən fərqli olaraq damar sağlamlığına daha güclü təsir göstərir.

Dr. Rupak Şivakoti bildirib ki, "əhalinin çoxu kifayət qədər lif qəbul etmir. Halbuki, bu sadə qida dəyişiklikləri ürək-damar sağlamlığını xeyli yaxşılaşdıra bilər”. (milli.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO