Sürətlə bahalaşan YUMURTA – “Qiymətlər daha da artacaq”

Sürətlə bahalaşan YUMURTA – “Qiymətlər daha da artacaq”

Hazırda oxunan: Sürətlə bahalaşan YUMURTA – “Qiymətlər daha da artacaq”

580403

Azərbaycanda yumurtanın qiyməti son həftələrdə kəskin bahalaşıb. Hazırda bölgələrdə bir ədəd yumurtanın qiyməti 35-40 qəpik civarındadır. Mütəxəssislər bildirirlər ki, artımın qarşıdakı aylarda da davam etməsi gözlənilir.

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Mürvət Həsənli qeyd edib ki, yumurta ilə bağlı ötən ilin müvafiq dövründə gündəlik tələbat 3,6 milyon ədəd idisə, hazırda bu rəqəm 4, 8 milyon ədəddir. Yəni yumurta istehlakı kəskin artıb:

“Bunun bir səbəbi soyuq aylarda kənd yumurtasının azalmasıdırsa, digər səbəb heyvan əti ala bilmədiklərinə görə insanlar proteinə olan tələbatı yumurta ilə ödəməyə üstünlük verirlər. Düşünürəm ki, vəziyyət zamanla normaya düşəcək. Yumurtanın qiyməti ötən ilin müvafiq dövrü ilə eynidir. 1-2 qəpik oynama ehtimalı ola bilər. Bu da artan tələbatın yaratdığı reallıqdır. Yəni yumurtanın qiymətində artım gözlənilir. Bunu diqtə edən digər səbəb qonşu dövlətlərdə yumurtanın qiymətinin çox baha olmasıdır. Məsələn, yumurtanın bir ədədi Türkiyədə 25, Gürcüstanda 24, Rusiyada 26, Avropada 38 qəpik, ABŞ-da 1 manata olmasına rəğmən bizdə 16 qəpikdir. Bütün bunlara rəğmən yumurtanın qiymətində kəskin artım gözlənilmir. Bunun üçün biz hətta yumurta ixracının müvəqqəti olaraq tam dayandırmışıq ki, daxili tələbatı tam ödəyək”.

İqtisadçı Akif Nəsirli bu il bazarda yumurta qıtlığının müşahidə olunduğunu bildirib

 “Müəyyən illərdə yumurta bol olur, müəyyən illərdə isə qıtlıq yaranır. Əvvəlki illərdə Azərbaycanda bolluq vardı, amma bu il vəziyyət fərqlidir. İqlim amilləri, hava şəraiti və toyuqların xəstəlik səbəbindən kütləvi şəkildə tələf olması yumurta istehsalına təsir edib. Bu hallar son aylarda daha geniş yayılıb”, - deyə o bildirib.  

Ekspertin sözlərinə görə, ölkədən yumurta ixracının başlaması da daxili bazarda qiymət artımına təkan verib:

 “Hazırda broyler yumurtasının qiyməti nisbətən ucuzdur, lakin ümumi bazar bahalaşma mərhələsindədir. Qarşıdakı aylarda, xüsusilə qış mövsümündə toyuqların yumurtlaması azalacaq, bu da qiymətləri bir qədər də artıracaq. Bundan əlavə, qış aylarında yem və digər xərclərin bahalaşması maya dəyərinə təsir göstərir”.

Aygün Hüseyn, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO